Pakistanın qərbində hərbi bazanın ərazisində yerləşən məscidə yaraqlılar hücum ediblər. Hadisə nəticəsində iki pakistanlı hərbçi ölüb.
Bu barədə AP məlumat yayıb.
Hücum nəticəsində daha 14 hərbçi yaralanıb.
TASS-ın məlumatına görə, yaraqlılar hərbi bazanın həyətinə girməyə çalışıblar, amma məscidə yaxınlaşarkən atəş açıblar.
Atışma başlayıb, atışmanın gedişatında dörd yaraqlının dördü də zərərsizləşdirilib.
7News.az








