RU
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb
15:12
31

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb


Pakistanda 25 iyundan bəri davam edən musson yağışlarının səbəb olduğu fəlakət və qəzalarda həyatını itirənlərin sayı 133-ə, yaralıların sayı isə 215-ə yüksəlib.

7NEWS.az xəbər verir ki, leysan yağışlar ölkə daxilində həyata mənfi təsir edib. İyunun 25-dən bu yana ölkədə davam edən musson yağışlarının törətdiyi fəlakət və qəzalarda Pəncabda 65, Xeyber-Paxtunxvada 35, Sinddə 10, Bəlucistanda 6, İslamabadda 11, Azad Cammu Kəşmirdə 5, Bəlğitdə 5, Bəlistanda isə 12 nəfər olmaqla, 133 nəfər həyatını itirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ