Pakistanın şimal-qərbində, Kvetta şəhərində partlayış baş verib.
Partlayış nəticəsində azı 6 polisin öldüyü, daha 8 nəfərin yaralandığı bildirilib.
Təhlükəsizlik Xidmətinin verdiyi ilkin məlumata görə, 35 polisi aparan avtomobil yolda qoyulmuş minanın üzərindən keçərkən partlayış baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
İnsident baş verən ərazi nəzarətə götürülüb./oxu
7news.Az








