Pakistanın Quetta şəhərində sərnişin avtobusuna bombalı hücum təşkil edilib.
7news.az xarici KİV-ə istinadən xəbər verir ki, qanlı hücum nəticəsində 10 nəfər ölüb, 30-a yaxın sərnişin yaralanıb.
Ölənlər arasında iki azyaşlının olduğu bildirilib.
Hücumu heç bir terror qruplaşması öz üzərinə götürməyib.
7news.az








