RU
Pakistanda seçki: Telefon və internet xidmətləri KƏSİLDİ
16:10
45

Pakistanda seçki: Telefon və internet xidmətləri KƏSİLDİ


Pakistanda insanlar Milli Assambleya və əyalət məclisləri üçün səsverməyə gedərkən Daxili İşlər Nazirliyi telefon və internet xidmətlərinin "asayişin qorunması” səbəbi ilə kəsildiyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, Pakistanda ümumi seçkilər siyasi qarışıqlıq, iqtisadi böhran və artan təhlükəsizlik narahatlıqları fonunda keçirilir. Milyonlarla insan 336 yerlik yeni Milli Assambleyaya, eləcə də üç əsas siyasi partiyanın rəqabət apardığı dörd inzibati yerə səs verəcək: Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N), Pakistan Xalq Partiyası (PPP) və Pakistan Ədalət Hərəkatı ( Pakistan Tehrik-i-Insaf - PTI) qanunverici orqanın seçilməsi üçün səs verəcək. Parlamentin buraxıldığı 2023-cü il avqustun 9-dan ölkəni müvəqqəti hökumət idarə edir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ