Pakistanın paytaxtı İslamabadda silahlı insident baş verib.
Bu barədə "Sinxua” agentliyinə məlumat yayıb.
Məlumata əsasən, motosikletdə olan silahlı şəxslər məscidin qarşısında insanlara atəş açıblar. Hadisə nəticəsində 2 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.
"Daily Pakistan” qəzetinin polisə istinadən məlumatına görə, cinayət şəxsi düşmənçilik zəminində törədilib. Hədəfdə isə Pakistan kəşfiyyat bürosunun əməkdaşı olduğu bildirilir./qafqazinfo
7news.Az








