Pakistan təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində "Belucistan Milli Ordusu" terror təşkilatının 6 silahlısını zərərsizləşdirib.
Pakistan ordusunun məlumatına görə, antiterror əməliyyatı Sibbi rayonunda keçirilib.
Terroçularla atışma zamanı bir pakistanlı əsgər həlak olub.
Əməliyyat zamanı çoxlu sayda silah və sursat ələ keçirilib./report
7NEWS.Az








