Pakistanın Azərbaycandakı səfirliyi 2 gün işləməyəcək
Pakistanın Azərbaycandakı səfirliyi iki gün fəaliyyət göstərməyəcək.
Səfirliyin yaydığı məlumata görə, diplomatik nümayəndəlik iyunun 25 və 26-da bağlı olacaq.
Qeyd olunub ki, iyunun 25-də Aşura günü, iyunun 26-da isə Silahlı Qüvvələr Günü münasibətilə səfirlikdə iş günü olmayacaq.