Pakistan özünün “Yer-yer” tipli nüvə başlığı daşıya bilən ballistik raketini sınaqdan keçirib.
7news.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Agentlik sınağı keçirilən raketin adının “Şahin 3” olduğunu bildirib. 2750 kilometr məsafədə bütün hədəfləri məhv etmək qabiliyyətinə sahib olan bu raket Ərəb dənizinə düşüb.
Qeyd edək ki, bundan öncə İran da Pakistan sərhədində orta məsafəli ballistik raketinin sınağını keçirib.
7news.az








