RU
Pakistanın baş naziri ABŞ-ı Əfqanıstanı dəstəkləməyə çağırıb
18:30
1547

Pakistanın baş naziri ABŞ-ı Əfqanıstanı dəstəkləməyə çağırıb

Pakistanın baş naziri İmran Xan ABŞ-ı Əfqanıstan xalqını dəstəkləməyə çağırıb.

7NEWS.Az xəbər verir ki, Pakistanın baş naziri müvafiq müraciəti "Əl-Cəzirə" telekanalına müsahibəsində səsləndirib.

"Əfqan xalqı ciddi qida çatışmazlığı və aclıqla üzləşib. Beynəlxalq ictimaiyyət vaxtında yardım göstərməsə, bu ölkə ciddi humanitar böhranla üzləşəcək. Əfqanıstan yenidən beynəlxalq terrorçular üçün "cənnət”ə çevrilməməlidir”, - deyə Xan bildirib.

Xan qeyd edib ki, Əfqanıstandakı hazırkı vəziyyət Pakistan üçün də problemdir, çünki regiondakı xaosdan ən çox zərər çəkən qonşulardır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ