RU
Pakistanın Bəlucistan əyalətində 20-dən çox terrorçu zərərsizləşdirilib
10:40
21

Pakistanın Bəlucistan əyalətində 20-dən çox terrorçu zərərsizləşdirilib

Pakistan ordusu və hüquq-mühafizə orqanları Bəlucistan əyalətində terror aktlarını dəf edərkən azı 21 silahlı öldürülüb.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələri məlumat yayıb.

Bildirilib ki, toqquşmalarda 10 hərbçi və hüquq-mühafizə orqanlarının 4 əməkdaşı həlak olub.

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində hərbi qulluqçular və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla, azı 51 nəfər ölüb.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda azı 50 nəfərin ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ