RU
Pakistanın cəmi 12 günlük nefti qalıb
12:10
24

Pakistanın cəmi 12 günlük nefti qalıb

Pakistandakı neft ehtiyatları 12 günə kifayət edəcək.

7News.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Qurumdan bildiriblər ki, Yaxın Şərqdə eskalasiyaların davam etməsi və Hörmüz boğazında beynəlxalq neft daşımalarının məhdudlaşdırılması fonunda ölkədə neft ehtiyatları yalnız 12 gün üçün kifayət edə bilər.

Xatırladaq ki, martın 9-da Pakistan hökuməti Yaxın Şərqdəki vəziyyət və Fars körfəzi ölkələrindən enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr fonunda sərt yanacaq qənaəti tədbirləri tətbiq edib.

Martın 18-dən Pakistanda məktəblərin fəaliyyəti dayandırılıb, ali təhsil müəssisələri isə onlayn təhsilə keçiblər. Dövlət qulluqçularının yarısı məsafədən iş rejiminə keçirilib, bütün dövlət müəssisələri dörd günlük iş həftəsinə keçib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ