7NEWS.az xəbər verir ki, Seçki Komissiyasından verilən açıqlamada Hanın məhkəmə tərəfindən korrupsiyada günahkar bilindiyi və müvafiq qanunlara uyğun olaraq keçmiş baş nazirin 5 il müddətinə siyasətdən uzaqlaşdırılmasına qərar verildiyi bildirilib. İslamabad Ali Məhkəməsi Hanı 490 min dollar dəyərində hədiyyələr satmaqda və baş nazir olarkən vəzifəsindən sui-istifadə etməkdə təqsirli bilib və 3 il həbs cəzasına məhkum edib. Pakistan polisi məhkəmənin qərarı ilə avqustun 5-də Xanı Lahordakı evində həbs edib.
7NEWS.az








