RU
Pakistanın şimal-qərbində ekstremistlərin hücumu nəticəsində üç polis ölüb
16:30
1963

Pakistanın şimal-qərbində ekstremistlərin hücumu nəticəsində üç polis ölüb

Pakistanın Xebər Paxtunxva əyalətində ekstremistlərin polis furqonuna silahlı hücumu nəticəsində azı 3 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Bu barədə "Dawn qəzeti” məlumat yayıb.

Polis sözçüsü nəşrə bildirib ki, hücum nəticəsində üç polis əməkdaşı ölüb.

O qeyd edib ki, əməliyyat-axtarış tədbirlərinə başlanılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.

Hücuma görə məsuliyyəti "Təhrik-e-Taliban Pakistan” (Pakistan Taliban Hərəkatı) öz üzərinə götürüb./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ