Pakistanın Pəncab əyalətində ən azı 23 nəfər keyfiyyətsiz alkoqollu içkidən zəhərlənərək ölüb.
Bu barədə yerli polisə istinadən "Geo TV” telekanalı məlumat yayıb.
Məlumata görə, zəhərlənmə nəticəsində təqribən 16 nəfər xəstəxanaya yerləşdirilib və onlar hazırda müalicə olunur.
Ölənlər Yeni il bayramını qeyd edirmişlər.
Qeyd edək ki, Pakistanda alkoqollu içkilərin satışı qadağandır. Spirtli içkiləri yalnız qeyri-müsəlmanlar ala bilərlər.//azvision.az
7News.az








