RU
Palatadan “AtaSığorta” ilə bağlı qərar
12:19
538

Palatadan “AtaSığorta” ilə bağlı qərar

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə "AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb.

Palatadan 7News.Az-a verilən məlumata görə, "AtaSığorta”nın məcmu kapitalının tələb olunan kapitalından az olması ilə əlaqədar "Sığorta fəaliyyəti haqqında” qanununun 106.1.8-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə "AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi beş ay müddətinə dayandırılıb. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ