Şirkətin rəsmisi məsələ ilə bağlı açıqlama verib.
Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali Şirkətlər Qrupu”nun Azərbaycan nümayəndəliyinin Bakının Məmməd Araz küçəsində yerləşən baş ofisində bayraqların endirilib, şirkətin adını əks etdirən hərflər isə xeyli müddətdir ki, sökülüb.
Bu isə öz növbəsində “Palmali”nin Bakı nümayəndəliyinin fəaliyyətini dayandırması barədə məlumatların yayılmasına səbəb olub.
Məsələ ilə bağlı şirkətin Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlayıb.
O, bildirib ki, “Palmali Şirkətlər Qrupunun” Bakı ofisinin bağlanılması ilə bağlı yayılan şaiyələr kökündən yanlışdır.
H.Cəbrayıloğlu qeyd edib ki, şirkətin Bakıda yerləşən baş ofisində bayraqların endirilməsi isə şirkətin ofislərinin yerlərinin dəyişdirilməsi ilə bağlı ola bilər.
“Palmalinin Şirkətlər Qrup” nun Bakı ofisinin bağlanılması isə bağlı yayılan iddialar isə ümumiyyətlə düzgün deyil”, - deyə mətbuat xidmətinin rəhbəri bir daha vurğulayıb.
O, həmçinin qeyd edib ki, şirkətin Bakıda müxtəlif yerlərdə bir neçə ofisi yerləşir:
“Şirkətin gələcək məqsədlərindən biri də Bakıda ofislərinin sayının artırılmasıdır”, - deyə H.Cəbrayıloğlu qeyd edib.
Qeyd edək ki, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmalinin Şirkətlər Qrup”nun baş ofisi Türkiyənin İstanbul şəhərində yerləşir./oxu.az
7News.Az








