RU
Palmirada 52 terrorçu öldürüldü
00:20
408

Palmirada 52 terrorçu öldürüldü

Suriya hökumət qüvvələri Palmira şəhəri uğrunda gedən döyüşlərdə İŞİD-in 52 üzvünü zərərsizləşdirib.

Hərbçilər partlayıcıların olduğu 5 avtomobil və silahlardan ibarət bir neçə nəqliyyat vasitəsini də ələ keçiriblər.

Suriya hərbi komandası öldürülən terrorçuların bəzilərinin əcnəbilər olduğunu bildirib.

Qeyd edək ki, İŞİD terror qruplaşması Palmiranı dekabrın 11-də işğal edib. Bu şəhərin işğalı prosesində təxminən 5 min döyüşçü iştirak edib. Onlar əsasən, Rəqqa, Deyr-əz-Zora və İraqdan gəlmələr olub.

Palmira Suriyanın paytaxtı Dəməşqdən 240 km məsafədə yerləşir. İşğala qədər 80 faiz yerli əhali şəhəri tərk edib./qafqazinfo
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ