RU
Paltar satmaqdan pul çıxmadı
17:21
545

Paltar satmaqdan pul çıxmadı

Geyim alan olmadığını gördü qar satmağa qərar verdi. Eşidənlərin təəccüb və marağına səbəb olan hadisə Ukraynanın Odessa şəhərində baş verib.

Adı açıqlanmyan şəhər sakini bu fikrin onun ağlına təsadüfən gəldiyini deyib. Dostları ondan dəzgahının qarşısını örtən qarı niyə təmizləmədiyini soruşublar. O, da cavabında zarafatla qar satışı ilə məşğul olacağını bildirib. Bir müddət sonra zarafatla dediyi sözlər ağlına batıb və qar biznesinə start verib. İnandırıcı gəlməyə bilər, lakin qar almaq üçün əlini cibinə salanlar da var.Yerdən qarı götürüb düzəltməyə həvəsi olmayan insanlar 45-50 qəpik verərək satıcının onlara hazır qartopu şəklində təklif etdiyi qarı almağa başlayıblar.

Ticarət mərkəzinin qarşısında çəkilən fotolar qısa müddətdə mediada geniş müzakirələrə səbəb olub. Maraqlıdır, şəhər sakini yaz gəlib qar əridikdən sonra hansı maraqlı üsulla pul qazanmaq fikrinə düşəcək?

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ