RU
Pandemiyaya qarşı mübarizənin qüvvətləndirilməsinin əhəmiyyəti - TƏHLİL
16:14
521

Pandemiyaya qarşı mübarizənin qüvvətləndirilməsinin əhəmiyyəti - TƏHLİL


Məlumdur ki, covid-19 pandemiyası 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. Bundan sonra, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.

Zamanla yayılaraq bütün dünyanı əhatə edən pandemiya Azərbaycandan da yan keçmədi. Azərbaycanda ilk yoluxma faktı 2020-ci il fevral ayının sonlarında qeydə alınmışdır. Bundan sonra isə Azərbaycan da bu pandemiya ilə mübarizəyə başladı. Bu mübarizəni azərbaycan öz maliyyə resursları hesabına həyata keçirdi. 2021-ci ilin yanvar ayının ortalarından etibarən isə azərbaycanda peyvəndləmə kampaniyası başlanılıb.1 ildən çoxdur ki, Azərbaycan covid-19 pandemiyasına qarşı uğurlu mübarizəni davam etdirir. Lakin son günlərdə təhsil ocaqlarının və bir çox kütləvilik müşahidə olunan məkanların açılması sayəsində yoluxmalar yenidən artmaqda davam edir. Pandemiyaya qarşı mübarizədə hər bir insan sosial məsuliyyət daşıyır. Buna görə də özünü və ətrafındakıları qorumaq naminə hər kəs vaksinasiya olunmalıdır.Hazırda əhalinin 4 növ vaksin seçimi olsa da, hələ də heç birini vurdurmayan vətəndaşlar var.Amma vurduranlarda az deyil,artıq vurulan doza sayı 2 milyonu keçib. Vaksinasyanın təsir mexanizmi isə ondan ibarətdir ki, peyvənd vurulduqdan sonra insan orqanizmi bu antiteli qəbul edir və virusla tanış olur. Bunun sayəsində də yoluxma halı baş verdikdə həmin insan bu xəstəliyi daha yüngül vəziyyətdə keçirir və ölüm hallarının sayı isə azalır.Lakin 2 doza vaksinin vurulması insanların digər ştammlara yoluxmasının qarşısına ala bilmir. Buna görə də buster dozasının vurulması zəruriləşir.Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur.

İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir.

Koronavirusun mutasiyası nəticəsində yeni "Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3 cü peyvənd dozası – buster dozası təklif olunur. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər. Hər bir vətəndaş öz xalqının sağlamlığını qorumaq naminə vaksinasya prosesslərini uğurla tamamlamalı və öz ölkəsinin bu pandemiyadan tezliklə qurtulması üçün karantin qaydalarına layiqincə əməl etməlidir.

 

Nəsimi rayon gənci

İbadova Günay.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ