7NEWS.az xəbər verir ki, Roma Papası Fransisk səhər saatlarında İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasından evə buraxılıb. Xəstəxanadan çıxan Papa Fransisk onu gözləyən jurnalistləri salamlayıb. Papa jurnalistlərin səhhəti ilə bağlı suallarını "Hələ sağam” deyə cavablandırıb. Roma Papası Fransisk də Yunanıstanda mühacirləri daşıyan gəminin batması nəticəsində 78 nəfərin həyatını itirməsindən kədərləndiyini bildirib.
7NEWS.az








