RU
Papa Qarabağda müharibə istəmir - Açıqlama
12:16
575

Papa Qarabağda müharibə istəmir - Açıqlama

Roma Papası Fransiskin Azərbaycana səfəri ölkədə elan olunmuş multikulturalizm ilində baş tutur.


Bu sözləri katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete Roma Papasının Azərbaycana gözlənilən səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Papa Azərbaycanda bütün dinlərin nümayəndələri ilə görüşəcək:

"Papa Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir. Azərbaycan və Vatikan arasındakı münasibətlər müsbətdir və qarşıdakı səfər əlaqələri yeni səviyyəyə çıxarmağa yardım edəcək".

Ordinari əlavə edib ki, Roma Papasının regiona səfərinin şüarı "Hamımız qardaşıq"dır və Papa qəti şəkildə münaqişələrin hərbi yolla həllinə qarşıdır:

"Dağlıq Qarabağ münaqişəsi 25 ilə yaxındır davam edir və bütün azərbaycanlılar üçün ağrılı məsələdir. Münaqişə güc yolu ilə yox, danışıqlar yolu ilə həll olunmalıdır. Bu isə siyasətçi və diplomatların işidir. Lakin katolik kilsəsi olaraq biz deyirik ki, hamımız qardaşıq. Düşünürük ki, bütün münaqişələr danışıqlar masası arxasında həll olunmalıdır. Papa deyir ki, müharibə və zorakılıq həmişə daha çox zorakılıq gətirir. Münaqişələr sülh və diplomatik yolla həll olunmalıdır".

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ