RU
Papa saxta soyqırıma görə İrəvana gəlir
00:42
440

Papa saxta soyqırıma görə İrəvana gəlir

Roma Papası Fransiskin saxta erməni soyqırımının ildönümü münasibəti ilə Ermənistana gəlməsi planlaşdırılır.

Bu haqda İtaliyanın nüfuzlu "La Repubblica" qəzeti məlumat yayıb.

Qəzetin iddiasına görə, Fransisk saxta erməni soyqırımı münasibəti ilə Ermənistana gəlmək istəyir, lakin Türkiyənin sərt reaksiyasına səbəb olmamaq üçün bu səfəri "soyqırım"ın qeyd edildiyi aprel ayında deyil, mayda həyata keçirməyi planlaşdırır.

"Prezident Ərdoğan ilə əlaqələr hazırda soyuq vəziyyətdədir və Ankara hökuməti Papaya qəzəblidir. Bu səbəbdən səfərin mayda həyata keçirilməsi planlaşdırılır".

Qəzetin daha bir iddiası isə təccüblüdür. İddiaya görə, Fransisk İrəvandan İrana səfər edəcək.

"Bu Papa ilə hər şey mümkündür". - "La Repubblica" yazır.

Qeyd edək ki, Papa Fransisk noyabr ayının sonunda reallaşdırdığı Afrika səfərindən dönərkən Ermənistana gedəcəyinin anonsunu vermişdi.

"Keçən il Ermənistana gedəcəyimə dair söz verdim. Bunu həyata keçirə bilərəmmi, bilmirəm, amma söz vermişəm" - deyə Papa Fransisk qeyd etmişdi./avropa.info

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ