Roma Papası Fransisk hazırda Tbilisidə Mixail Meshi adına stadionda dini ayin keçirir.
7News.Az mərasimi canlı yayımda sizə təqdim edir.
Mərasimdən sonra Papa, Gürcüstan katolik kilsəsinin nümayəndələri ilə görüşəcək.
Oktyabrın 2-də səhər saatlarında Roma Papası Tiflisdən Bakıya gələcək. Papanın Bakıya səfəri "Bakirə Müqəddəs Məryəm” kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi şeyx Allahşükür Paşazadə, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.








