“BBC News” xəbər verir ki, Papa Françis Romada optik mağazadan özünə eynək alıb.
Papa üçün seçilən ləvatimatlar bir qayda olaraq Vatikana göndərilir, amma bu dəfə özü şəxsən ona lazım olan ləvazimatları almaq istəyib. Papa optik mağazasında bir saata yaxın olub və ondan pul götürmək istəməyən mağaza sahibinə pulu verməkdə israrlı olub.
Papanı onun köməkçisi, cangüdəni və bir neçə polis müşayət edib. Françisk mağazada olan müddətdə ora, turistlərdən və yerli adamlardan ibarət dəstə toplanıb.
Papa Françis, İtaliya paytaxtını sərbəst gəzə bilmədiyindən gileylənib və bildirib ki, o, Buenos-Ayres də yaşayanda şəhər küçələrini sərbəst gəzib./atv.az
7news.az








