Ermənistanda üç günlük səfərdə olan Roma Papası Fransisk prezident Serj Sarkisyanla görüşündə “soyqırım” ifadəsini işlədib.
Papa 2015-ci il aprelin 12-də 1915-ci il hadisələrinin 100 illiyinə görə Vatikanda keçirilən ayini xatırladaraq “O münasibətlə Meds Yegherni, böyük pisliyi, xalqınızı öldürən və çox böyük insanın ölümünə səbəb olan hadisənin 100-cü ilini anırdıq” deyə bildirib.
“Bu faciə, bu soyqırım çox təəssüf ki, ötən yüzilin fəlakətlərinin başlanğıcı oldu. Bunlar bütün xalqın sonuna çıxmaq məqsədində olan cəlladlar tərəfindən irqi, dini və ideoloji səbəblərlə edildi. Bu hadisədə kədərli olan isə beynəlxalq qüvvələrin üzlərini başqa bir tərəfə çevirməsi idi”, - Papa vurğulayıb.
Fransiskin səfərini izləyən jurnalistlər bəyan ediblər ki, onlara Papanın öncədən verilən çıxış mətnində “soyqırım” ifadəsi olmayıb. Mətndə 1915-ci il hadisələri “Böyük Fəlakət” kimi qeyd olunub./qafqazinfo
7news.Az








