RU
Papua Yeni Qvineyada 6 bal gücündə zəlzələ baş verib
16:30
32

Papua Yeni Qvineyada 6 bal gücündə zəlzələ baş verib


Papua-Yeni Qvineyada yerli vaxtla saat 21:18-də 6 bal gücündə və 10 kilometr dərinlikdə zəlzələ baş verib.

7NEWS.az xəbər verir ki, Avstraliyanın şimalındakı ada ölkəsi Papua Yeni Qvineyada bu gün Türkiyə vaxtı ilə saat 14:18-də 6 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (CSEM-EMSC) paylaşdığı məlumatlara görə, zəlzələ Papua Yeni Qvineya sahillərində 10 metr dərinlikdə baş verib. Qurumun paylaşdığı məlumatlarda, Papua Yeni Qvineya yerli saatına görə saat 21.18-də meydana gələn zəlzələnin İndoneziyadan 506 kilometr, Papua Yeni Qvineyanın Anqoram bölgəsindən isə 98 kilometr uzaqlıqda meydana gəldiyi paylaşılıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ