7NEWS.az xəbər verir ki, ABC News-un məlumatına görə, Papua Yeni Qvineyanın dağlıq bölgələrində son vaxtlar artan qəbilə qarşıdurmalarında itkilər davam edir. Polis qüvvələri ölkənin Enqa bölgəsində iki qəbilənin bir-birinə pusqu qurması nəticəsində yaranan qarşıdurmada 53 nəfərin öldüyünü bildirib. Hadisəni ölkənin son dövrünün "ən böyük qırğını" kimi xarakterizə edən polis qüvvələri cəsədlərin polis mikroavtobuslarına yükləndiyini bildirib.
7NEWS.az








