RU
Paralimpiya Oyunları: Nizəatanımız beşinci oldu - FOTO
17:20
194

Paralimpiya Oyunları: Nizəatanımız beşinci oldu - FOTO

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında daha bir atletimiz mübarizəyə qoşulub.

 Orxan Qasımov atletikanın nizə atma yarışının (F13 kateqoriyası) final mərhələsində mübarizə aparıb.

27 yaşlı idmançımız yeddi idmançının mübarizə apardığı yarışda medal qazana bilməyib. O, altı cəhdində ən yüksək göstərici kimi nizəni 58.96 metrə ata bilib. Bu nəticə ilə Orxan yalnız beşinci ola bilib.

 

 

Qeyd edək ki, daha əvvəl – avqustun 28-də nizə atmada Həmid Heydəri (F57) Paralimpiya çempionu olub. O, nizəni 51.42 metr məsafəyə ataraq dünya rekordu qırıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ