RU
Paralimpiya Oyunları: Taekvondoçularımız medalın bir addımlığında - FOTO + YENİLƏNİR
13:11
203

Paralimpiya Oyunları: Taekvondoçularımız medalın bir addımlığında - FOTO + YENİLƏNİR

Daha bir taekvondoçumuz İmaməddin Xəlilov Paralimpiya Oyunlarında bürünc medal görüşünə çıxacaq.

O, Yaponiyadan olan rəqibini 20:15 hesabı ilə məğlub edib.

Beləliklə, Röyalə Fətəliyeva və İmaməddin Xəlilov bürünc medal görüşlərinə çıxacaqlar. Röyalə Viktoriya Marçukla (Ukrayna), İmaməddin Bofa Konqla (Fransa) görüşəcək. Həmin döyüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 14:30 və 14:45-dən etibarən başlayacaq. 

 

12:38

Taekvondoçumuz Röyalə Fətəliyeva bürünc medal görüşünə vəsiqə qazanıb.

Təsəlliverici yarışda dayanq üzərinə onun Hindistandan olan rəqibi çıxmadığından, idmançımız bürünc medal görüşündə iştirak hüququ əldə edib.

Qeyd edək ki, digər taekvondoçumuz İmaməddin Xəlilov Bakı vaxtı ilə saat 12:45-dən etibarən yerli idmançı Mitsuya Tanaka (Yaponiya) ilə qarşılaşacaq. Bu görüşün qalibi bürünc medal görüşünə vəsiqə əldə edəcək.

08:10

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında taekvondo yarışlarına start verilib.

Bu gün iki taekvondoçumuz mübarizəyə qoşulub.

Lakin hər iki cüdoçumuz 1/8 finalda – ilk görüşündə uduzub. Belə ki, Röyalə Fətəliyeva (-49 kq) Xvansuda Fuanqkitçaya (Tailand) 4:17, İmaməddin Xəlilov (-61 kq) Daniil Sidorova (Rusiya) 19:25 hesabı ilə uduzub.

Onlar bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq. Royalənin rəqibi artıq bəllidir. O, Bakı vaxtı ilə saat 12:30-dan etibarən Aruna (Hindistan) ilə qarşılaşacaq.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ