RU
Paralimpiya Oyunları: Taekvondoçumuz bürünc medala bir qədər yaxınlaşdı - YENİLƏNİR
10:10
233

Paralimpiya Oyunları: Taekvondoçumuz bürünc medala bir qədər yaxınlaşdı - YENİLƏNİR

Azərbaycan taekvondoçusu Əbülfəz Abuzərli ilk təsəlliverici görüşdə qalib gəlib.

O, ukraynalı rəqibi Anton Şvetsə 60:36 hesabı ilə qalib gəlməklə bürünc medal üçün növbəti təsəlliverici yarışa vəsiqə qazanıb.

Əbülfəz Bakı vaxtı ilə saat 14:15-də növbəti görüşünə çıxacaq.

08:05

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycanın taekvondo millisinin kapitanı Əbülfəz Abuzərli mübarizəyə qoşulub.

 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Allin Kinu Qanapinlə (Filippin) qarşılaşmalı olsa da, rəqibi koronavirusa yoluxduğundan, qalib elan edilib.

30 yaşlı idmançımız 1/4 finalda Xuan Dieqo Qarsiya Lopesə (Meksika) 5:38 hesabı ilə uduzub. İdmançımız bürünc medal üçün təsəlliverici yarışda Anton Şvetslə (Ukrayna) qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ