RU
Paralimpiyaçılar Rio-ya daha 3 lisenziya qazandılar
17:22
1768

Paralimpiyaçılar Rio-ya daha 3 lisenziya qazandılar

Xəbər verdiyimiz kimi ötən gün İdman Arbitraj Məhkəməsi Rysiya yığmasının Rio-2016 paralimpiya oyunlarında iştirak etməyəcəyi barədə qərar qəbul edib.

Belə ki, məhkəmə Rusiyanın Beynəlxalq Paralimpiya Komitəsininqərarından şikayətini rədd edib. Beləliklə Rusiya idmançılarının Rio-2016 Paralimpiya Oyunlarına əldə etdikləri 267 lisenziya digər ölkələr arasında bölünüb. Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov bildirib ki, ötən gün Beynəlxalq Paralimpiya Komitəsindən onlara rəsmi məlumat daxil olub və Paralimpiyaçılarız Rio-ya əlavə 3 lisenziya qazanıb. Komitə rəhbərinin sözlərinə görə bunlar cüdo idman növündə Afaq Sultanova və Ramin Əliyev, atletikada Hüseyn Hüseynovdur. Afaq Sultanova London Paralimpiya Oyunlarının qızıl mükafatçısıdır. Xatırladaq ki, Rio -2016 paralimpiya oyunlarına 27 paralimpiyaçımız , 6 idman növündə ümumilikdə 44 lesenziya qazanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ