RU
Paraşütlə yüksək gərginlikli elektrik xəttinin üzərinə düşdü və...
12:14
344

Paraşütlə yüksək gərginlikli elektrik xəttinin üzərinə düşdü və...

Çində yüksək hündürlükdən paraşütlə tullanan bir adrenalin həvəskarı, ölümün bir addımlığından dönüb.

Paraşütlə uzun müddət havada süzən çinlinin qarşısına çıxan yüksək gərginlikli elektrik xətlərindən yayına bilməməsi, ortaya dəhşətli görüntü çıxarıb. Xoşbəxtlikdən elektrik xətlərində qısa qapanma baş verməyib və naqillərdən asılı qalan paraşütçü möcüzə nəticəsində sağ qalıb.

Zedzian vilayətində baş verən qəzadan sonra əraziyə xilasetmə dəstələri cəlb olunub. 30 metr hündürlükdə naqillərə ilişib-qalan paraşütçünü xilas etmək saatlarla vaxt aparıb. Yerli enerji şirkəti potensial tələfatın qeydə alınmaması üçün bölgəyə işığın verilməsini müvəqqəti dayandırıb.

Məlum olub ki, 35 yaşlı paraşütçü sən demə 6 saatdır naqillərdən asılı vəziyyətdə qalıbmış. Adrenalin həvəskarının bəxti həm də onda gətirib ki, naqillər onun ağırlığından qırılmayıb. Yoxsa bu, ən yaxşı halda onun 30 metr hündürlükdən yerə çırpılmasına səbəb olacaqdı.

Olayda burnu belə qanamayan, bəxti sayəsində sağ qalan çinli isə paraşütçülüyə davam edəcəyini bildirib. Bu cür qəzaların gözlənilən olduğunu deyən çinli, elektrik xəttinə ilişməsini öz diqqətsizliyi ilə əlaqələndirib./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ