RU
Paris-2024: Azərbaycanın kişi badmintonçusu qələbə qazanıb
23:08
328

Paris-2024: Azərbaycanın kişi badmintonçusu qələbə qazanıb

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

İdmançımız E qrupunun ilk matçında avstriyalı Kollins Filimonla qarşılaşıb.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 2:0, (21:18, 21:11).

Qeyd edək ki, E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ