Fransanın paytaxtı Parisdə bələdiyyədə çalışan mühəndis Yay Olimpiya Oyunları üçün hazırladığı təhlükəsizlik planlarının olduğu çantasının oğurlandığını bildirib. Polis araşdırmaya başlayıb.
7NEWS.az xəbər verir ki, bu il Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün hazırlanan təhlükəsizlik planlarının olduğu çantanın qatardan oğurlandığı bildirilib. Parisdəki Gare du Nord stansiyasında bələdiyyədə işləyən bir mühəndis tərəfindən qatarın üst şkafına qoyulan çantada 'həssas məlumatlar' olduğu paylaşıldı.
7NEWS.az








