Fransızlar və əcnəbilər Fransanın gələn il Parisdə keçiriləcək Olimpiya Oyunlarında milli komanda oyunçularına hicab qadağası qoymasını "müsəlmanlara qarşı" (İslamofobiya) və "ədalətsizlik" kimi əsaslarla tənqid edirlər.
7NEWS.az xəbər verir ki, Fransanın idman naziri Ameli Oudea-Kastera sentyabrın 24-də bəyan edib ki, Paris Olimpiya Oyunları zamanı ölkəsinin nümayəndə heyətində heç bir qadın hicab geyə bilməyəcək. Daha sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Marta Hurtado 26 Sentyabrda Fransa idmançılarının Olimpiadada hicab taxmasına qadağa qoyulmasını düzgün hesab etmədiyini bildirib.
7NEWS.az








