3 nəfər şübhəli bilinib
7news.az xəbər verir ki, Türkiyənin cənubunda Aralıq dənizi sahilində yerləşən kurort şəhəri olan Antalyada Parisdəki terror aktını törətməkdə şübhəli bilinən İŞİD terror təşkilatının üzvləri olduqları ehtimal olunan 3 nəfər saxlanılıb.
Məlumata görə, 26 yaşlı Əhməd Dahmani mərakeş əsilli belçikalıdır və 20 noyabrda 5 ulduzlu otelə yerləşdirilərkən Manavqatda saxlanılıb.
Xatırladaq ki, noyabrın 13-də Parisdə baş verən silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 300-ə yaxın şəxs yaralanıb. Terrorla bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.
7news.az








