RU
Paris və Belçika terrorunda şübhəli bilinən şəxs saxlanılıb
23:30
821

Paris və Belçika terrorunda şübhəli bilinən şəxs saxlanılıb

Paris terrorunda şübhəli bilinən Məhəmməd Əbrini Belçikada tutulub.

31 yaşlı Belçika vətəndaşı Əbrininin Brüssel hava limanında törədilmiş terror aktında 3-cü şübhəli olduğu da ehtimal olunur.

O, ötən ay Belçikada yaxalanan Salah Abdeslamla birlikdə partlayışda istifadə olunan avtomobillərdən birində görüntülənib.

Xatırladaq ki, 2015-ci il noyabrın 13-də Fransanın “Stade de France” stadionunda Fransa və Almaniya yığmaları arasında yoldaşlıq matçı oynanarkən törədilmiş 7 terror aktı nəticəsində 153 nəfər ölüb.

2016-cı il martın 22-də Belçikanın paytaxtı Brüsseldə aeroportda və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb./qafqazinfo

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ