Fransanın paytaxtı Parisdə küçələrdə yatanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq yanvar ayının sonu etibarilə 3500-ə çatıb.
7NEWS.az xəbər verir ki, paytaxtda fəaliyyət göstərən könüllü yardım təşkilatlarından toplanan məlumatlara görə, yanvarın 25-i və 26-da 3 min 492 nəfər küçədə gecələyib. Keçən ilin eyni tarixində 3 min 15 adamın küçədə gecələdiyi təyin olundu.
7NEWS.az








