RU
Parisdə polisin 17 yaşlı gənci öldürməsindən sonra etirazlar başlayıb
17:00
359

Parisdə polisin 17 yaşlı gənci öldürməsindən sonra etirazlar başlayıb


7NEWS.az xəbər verir ki, Sosial mediada yayılan videoda bir polis məmurunun silahı avtomobilin sürücüsünə doğrultduğu və silah səsi eşidildikdən sonra avtomobilin dayandığı görünür. Adı Nael M. olduğu açıqlanan gənci sinəsindən güllə yarası aldığı üçün edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Yeniyetməni güllələməkdə təqsirləndirilən polis məmuru qətldə təqsirli bilinərək saxlanılıb. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanter şəhərində etiraz aksiyaları keçirilib. Hadisələrdən sonra 31 nəfər saxlanılıb. Nael M. Fransada polis Traffic proqramında bu il öldürülən ikinci şəxsdir. Ötən il 13 nəfər bu yolla dünyasını dəyişib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ