Parisdə terror aktları törədənlərdən üç nəfəri Belçikanın paytaxtı Brüsseldə yaşayıb.
Bu barədə "Sky News" məlumat yayıb.
Bundan əvvəl Yunanıstanın rəsmi qurumları Parisdəki terror aktlarının törədilməsində iştirak edən və üzərində Suriya pasportu aşkarlanan terrorçunun bu ilin oktyabrında Yunanıstandan keçərək Avropaya gəldiyini bildiriblər.
Bundan başqa, Parisdəki "Stad de France" stadionu yaxınlığında partlayış yörədən terrorçulardan birinin üzərində Misir pasportu aşkarlanıb./apa
7news.az








