RU
Parisdə yeni atışma
22:45
462

Parisdə yeni atışma

Parisdə yenə atışma olub.

Bu barədə “RİA Novosti” agentliyinin Parisdəki xüsusi müxbiri məlumat yayıb.

Agentliyin xəbərinə görə, atışma Parisin mərkəzində - 2-ci dairəsində baş verib. Atışmanın hansı tərəflər arasında olması barədə dəqiq informasiya yoxdur.

Silahlı insidentin baş verdiyi Sen-Merten küçəsi polis nəzarətinə aalınıb. Həlak olanlar barədə məlumat verilmir. Yalnız o dəqiq məlumdur ki, bir nəfər yaralanıb.

“İlk atəş səəsi eşidilən kimi mağaza və restoranların hamısının qapı-pəncərəsi bir anda bağlandı. Qaçıb gizlənməyə çalışan adamlar vlərin bloklarına girdi. Bina sakinləri onları evlərində gizlətməyə çalışır” - deyə agentlik bildirir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ