Parisin mərkəzində insanlara hücum edən şəxs 20 yaşlı Çeçen vətəndaşı olub.
7news.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, onun üzərində sənəd olmayıb, lakin polis əl izlərindən onun şəxsiyyətini müəyyən edə bilib.
Şahidlərin sözlərinə görə, o, hücum zamanı "Allahu əkbər” qışqırıb. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
RLT radiostansiyasının məlumatına əsasən, onun valideynləri də saxlanılıb.
7news.Az








