Dünən gecə Parisdə baş verən terrordan sonra paytaxt sakinləri sosial şəbəkələrdə maraqlı aksiyaya start veriblər.
Prezidentin ölkədə fövqəladə vəziyyət elan etməsindən və küçələrə təhlükəsizlik məqsədi ilə polislərin cəlb edilməsindən sonra “Açıq qapı” (#PorteOuverte) adlanan aksiya başladılıb.
Parislilər bu haştagdan istifadə edərək qalacaq yeri olmayan insanları öz evlərinə dəvət ediblər.
Küçələrdə qalan insanlar isə bu haştagı paylaşan insanlarla birbaşa əlaqə yarada biləcəklər./qafqazinfo
7news.az








