7news.az xəbər verir ki, bir neçə gün öncə "Park Bulvar” və "Gənclik Mall”da fəaliyyət göstərən "OVS” mağazalarında müştərilərə üzərindəki etiketdə "MADE İN ARMENİA” yazılan paltarlar təqdim edilməsi barədə yazı dərc edilmişdi. Yazını ilk olaraq Bakupost.az saytı təqdim edib. Məsələnin ən ilginc tərəfi odur ki, düşmən ölkədən idxal olunan mallar dəbdə olan hərbi stildə tikilmiş uşaq paltarlarıdır. OVS məşhur İtalyan brendidir və öz məhsullarını dünyanın bir neçə ölkəsində hazırlatdırır. Ermənistanda məhz hərbi paltarların tikilməsi və onun Azərbaycanda satışa çıxarılması kifayət qədər maraqlı görünür.
Məsələ ilə bağlı OVS mağazalarının İlham adlı əməkdaşı saytımıza deyib ki, Ermənistan istehsalı olan malların satlılması mümkünsüzdür: "Bizim mağaza İtaliya brendidir. Bura 12 ölkədən mallar gətirilir. Məsələn, Çin, Banqladeş, Türkiyə və s ölkələr. Amma sizin dediyiniz Ermənistandan malların gətirilməsi qətiyyən düzgün deyil. Bu ola da bilməz. Yanlış məlumatdır. Çünki OVS dünyaca məşhur İtaliya brendidir”.
Ermənistanda məhz hərbi paltarların tikilməsi və onun Azərbaycanda satışa çıxarılması kifayət qədər araşdırma tələb edən mövzudur. Mağaza rəhbərliyi isə tələm-tələsik təkzib yayaraq sudan quru çıxmaq istəyir, lakin ortada fakt var. Aidiyyəti üzrə qurumlar, mətbuat və cəmiyyətimiz mövzunu diqqətdə saxlamalı, bu məsələ tamamilə aydınlığa qovuşmalıdır.
Ən maraqlı məqam isə mağaza rəhbərliyinin mətuata göndərdiyi açıqlamasında məsələyə aydınlıq gətirmək yerinə məlumatı dərc edən "Bakipost.az" saytına ittihamlar səsləndirsi olub. Sosial mediada isə artıq bu mağazalar şəbəkəsinin mallarının boykot edilməsi ilə bağlı çağırışlar səsləndirilməkdədir.
Mağaza nümayəndəsinə malların üzərindəki "MADE İN ARMENİA” etiketini əks etdirən şəkillərin olduğu bildirilsə də, o, yenə də belə bir şeyin mümkünsüz olduğunu deyib: "Konkret olaraq yalandır. Belə bir şey ola bilməz. Çünki bu tanınmış İtaliya brendidir”. Qeyd edək ki, OVS-in Bakıda iki mağazası fəaliyyət göstərir: "Park Bulvar”da və "Gənclik Mall”da. "Park Bulvar”dakı mağaza 6 Oktyabr 2015-ci ildə açılıb. OVS brendi artıq 43 ildir ki, qadın, kişi və uşaqlar üçün geyim və aksessuar istehsalı ilə məşğul olur. Brendin əsas xüsusiyyətləri keyfiyyət və münasib qiymətlərdir.
7NEWS.az

















