İspaniyada yerləşən məşhur bir milli parkda çəkilən 13 dəqiqəlik cinsi məzmunlu film ölkədə hadisə yaratdı.
7News.az Türkiyə mediasına istinadən bildirir ki, heç kimin olmadığı vaxt öz materiallarını çəkib internetə yükləyən iki sevgiliyə pul cəzası veriləcək.
İspan cütlük ölkədə olan "Penyal Dıfac" Milli Parkında cinsi məzmunlu film çəkdiyi üçün 100 ilə 600 avro arasında pul cəzasına məhkum ediləcəyi açıqlanıb.
İldə təxminən 170 min ziyarətçiyə sahib milli parkda əlaqəyə girərək bunu videoya çəkən cütlük 13 dəqiqəlik bu filmi populyar bir cinsi məzmunlu film saytına yükləyib.
Videoda qadının adının Aleksa Tomas olaraq keçməsinə baxmayaraq, bunun saxta ad olduğu və cütün kimliyinin hələlik müəyyən edilmədiyi açıqlanıb.
Bələdiyyə Məclisi bu uyğunsuz davranış ilə bağlı şikayətlər aldığını açıqlayıb.
Bu vəziyyət İspaniyanın populyar turist məkanlarında, açıq havada gerçəkləşən ilk cinsi əlaqə qalmaqalı deyil.








