7NEWS.az xəbər verir ki, Sarsıntı, tarazlıq və koordinasiyada çətinlik kimi simptomlarla özünü göstərən və dünyada milyonlarla insanı təsir edən Parkinson xəstəliyinə ümid verə biləcək bir irəliləyiş əldə edilmişdir. İsveçrə şirkəti onurğa beyninə yerləşdirilən, ayaq əzələlərini aktivləşdirən və xəstələrin yenidən yeriməyə imkan verən neyroprotez hazırlayıb. Lozanna Universitet Xəstəxanasında (CHUV) 25 ildir Parkinson xəstəliyindən əziyyət çəkən 63 yaşlı Mark Qotyeyə taxılan neyroprotez ilk cəhddə uğurlu nəticə verib.
7NEWS.az








