Qazaxıstan parlamentinin deputatları prezident Nursultan Nazarbayevdən qurumun aşağı palatasının vaxtından əvvəl buraxılmasına dair qərar qəbul etməyini istəyiblər.
Bu barədə təşəbbüslə parlamentdə təmsil olunan hər üç fraksiya birgə bəyanat yayıb.
Artıq bununla bağlı qanun layihəsi Məclisdə müzakirəyə çıxarılıb və plenar iclasda iştirak edən 103 deputatın hamısı qanun layihəsinin lehinə səs verib.
Qanunvericiliyə əsasən ölkə prezidenti hər iki palatanın sədrləri , həmçinin baş nazirlə məsləhətləşmələrdən sonra parlamentin buraxılması haqqında qərar qəbul edə bilər.
Qanunu qəbul edən prezident elə həmin gün növbədənkənar seçkilərin keçiriləcəyi tarixi də açıqlamalıdır. Növbədənkənar seçki qarşıdakı iki ay ərzində keçirilməlidir.
Qeyd edək ki, Qazaxıstanda beşinci çağırış Məclisi bu ilin payızında bitirdi.
7news.az








