RU
“Parni iz Baku”nun rəhbərinə NTV-də vəzifə verildi
22:37
971

“Parni iz Baku”nun rəhbərinə NTV-də vəzifə verildi

Timur Vaynşteyn Rusiyanın NTV kanalının baş prodüseri təyin edilib.

Bu barədə məlumat kanalın rəsmi saytında yerləşdirilib.

“Timur Vaynşteyn NTV-nin baş prodüseri təyin edilib. O bu vəzifəni televiziya direktorunun müavini vəzifəsi ilə birgə icra edəcək”, - məlumatda deyilir.

O, yeni vəzifəsinin icrasına cari ilin dekabrın 1-dən başlayacaq.

Həmçinin bildirilir ki, bu vəzifəni əvvəl icra edən Danila Şarapaov NTV kanalını tərk edib.

Qeyd edək ki, Timur Vaynşteyn 1991-ci ildən “Parni iz Baku” (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ