RU
Partlayışın təsirindən dənizə düşən kişi 30 saat sonra sudan sağ çıxarıldı - VİDEO - FOTO
16:30
647

Partlayışın təsirindən dənizə düşən kişi 30 saat sonra sudan sağ çıxarıldı - VİDEO - FOTO

Limanda işləyən şəxs Beyrutda baş verən güclü partlayışdan sağ çıxıb.

7News.Az Mirror-a istinadla xəbər verir ki, Amin al-Zahed adlı kişi sağ halda partlayışdan 30 saat sonra Aralıq dənizindən tapılıb.

Onun kimyəvi partlayışın təsirindən dənizə düşdüyü məlum olub.

Al-Arabiya-nın məlumatına görə, üzü-gözü qan içində olan Amin dərhal Rafic Hariri Universitet xəstəxanasına yatırılıb.

Qeyd edək ki, Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində azı 157 nəfər ölüb, 4000-dən çox insan xəsarət alıb, itkin düşənlər var.
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ